Azeri Language Learning Podcasts

Informações:

Synopsis

Azeri Language Learning Podcasts from CeLCAR

Episodes

  • Azeri podcast 032406

    24/03/2006 Duration: 03min

    MƏKTƏB UŞAĞIN DOSTUDUR” LAYİHƏSİ ÜZRƏ SEMİNAR KEÇİRİLMİŞDİR Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF), Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları Alyansı və Ümidli Gələcək Gənclər Təşkilatının təşkilatçılığı ilə martın 24-də “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində seminar keçirilmişdir. Təhsil naziri Misir Mərdanov təhsil sahəsində görülən işlər barədə məlumat vermiş, layihə üzrə yaradılmış işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer “Məktəb uşağın dostudur” layihəsinin əhəmiyyətindən danışmış, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı verilən tövsiyələrin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır. Seminarda təhsilin inkişaf etdirilməsi, məktəbin uşaqlar üçün daha yararlı mühitə çevrilməsi yolları araşdırılmış, layihə üzrə 5 əsas element - effektivlik, müdafiə, hərtərəfli təhsil, sağlamlıq, həmçinin valideynlərin və icmanın təhsil prosesinə cəlb olunması məs

  • Azeri podcast 031706

    17/03/2006 Duration: 03min

    Sumqayıtda 5-ci gənclər oyunları başlanmışdır Sumqayıtdakı idman-konsert kompleksində 5-ci gənclər oyunlarının təntənəli açılışı olmuşdur. 1998-ci ildən bəri iki ildən bir keçirilən oyunlarda minlərlə sumqayıtlı oğlan və qız iştirak edəcəkdir. Şəhər Gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov idmançıları salamlayaraq xatırlatmışdır ki, Azərbaycan idmanının yüksəlişinin və sürətlə inkişafının təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təsis edilməsi ilə Azərbaycanda idman hərəkatının inkişafı üçün gözəl baza yaradılmışdır. Ötən illərdə Sumqayıt idmançılarının da uğurları az olmamışdır. Təkcə keçən il 1531 idmançı respublika yarışlarında və beynəlxalq turnirlərdə iştirak etmişdir. Onlar 185 qızıl, 166 gümüş, 219 bürünc medal qazanmışlar. Sumqayıt komandası gənclər oyunlarının hamısında uğurla çıxış etmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Olimpiya mükafatçıları Fuad Aslanov və İlham Zəkiyev Azərbaycan bay

  • Azeri podcast 031006

    10/03/2006 Duration: 03min

    Yapon və Azərbaycanlı iş adamları biznes müqavilələri imzalayıblar Tokioda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Yaponiyanın İmperatoru Akihitonun görüşü olmuşdur. Bu iki ölkə arasındakı tarixi dostluq əlaqələrindən söhbət açan İmperator, Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsinə Yaponiya dövlətinin xüsusi maraq göstərdiyini vurğulamışdır. Xoş sözlərə, göstərilən qonaqpərvərliyə görə Əlahəzrət Akihitoya təşəkkürünü bildirən Prezident İlham Əliyev Yaponiyaya ilk rəsmi səfər etməsindən çox məmnun olduğunu söyləmiş, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülmüş işlərdən danışmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan dünya ölkələri ilə bütün sahələrdə qarşılıqlı və faydalı əməkdaşlığın inkişaf etdirilməsinə daim diqqət yetirir. Bu baxımdan Yaponiya ilə əlaqələrə xüsusi önəm verilir. President Azərbaycanın qapılarının dünya ölkələrinin iş adamlarının üzünə həmişə açıq olduğunu bildirmişdir. Prezident martın 8-də Tokioda, onun üçün ayrılmış

  • Azeri podcast 030306

    03/03/2006 Duration: 03min

    Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi* Azərbaycanda “İcma əlaqələri” layihəsini elan edib Amerika Birləşmiş Ştatları (ABŞ) Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda “İcma əlaqələri” layihəsini elan edib. Bu ölkənin Azərbaycandakı səfirinin müavini Ceyson Haylond bildirib ki, yeni layihənin məqsədi dövlət və özəl qurumların əməkdaşlarına təlim keçmək, onların ABŞ-a səfərlərini təşkil etmək, həmçinin bu iki ölkə arasında əlaqələri gücləndirməkdir. Onun sözlərinə görə, tibb, təhsil, din, mədəniyyət, kənd təsərrüfatı və başqa sahələr üzrə seçiləcək mütəxəssislər üç həftə müddətində ABŞ-da öz həmkarlarının təcrübəsi ilə tanış olacaq və işgüzar əlaqələr yarada biləcəklər. Proqramın 5 ilə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icraçısı ABŞ-ın Proyekt Harmoniya təşkilatı olacaq. “İcma əlaqələri” proqramının direktoru Kerri Kasper bildirib ki, layihə çərçivəsində Azərbaycanın 7 icması ABŞ-a səfər edəcək. Hər icma üzrə Azərbaycanın müəyyən edilmiş rayonlarından nümayəndələr seçiləcək. ABŞ-a

  • Azeri podcast 021706

    17/02/2006 Duration: 03min

    Martın 16-da Bakıda Dünya Azərbaycanlılarının ikinci qurultayı keçiriləcək Martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayına 44 dövlətdən 600-dən çox nümayəndə dəvət olunub. Bu barədə diaspor ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. Forumda rusiyalı Azərbaycanlıları 170 nümayəndə, Ukraynanı 60, Gürcüstanı 40, Türkiyəni 36, Qazaxıstanı 25, İsveçi 20, Özbəkistanı 17, Fransanı 15, Amerika Birləşmiş Ştatlarını 11 nümayəndə təmsil edəcək. Qurultayda Azərbaycanın özündən də nümayəndələr iştirak edəcək. Foruma 220-dən çox qonaq - Azərbaycan diasporunun yaradılmasında və inkişafında böyük xidmətləri olan siyasətçilər, deputatlar, alimlər və ictimai xadimlər dəvət olunub. Nazim İbrahimov bildirib ki, qurultayda prezident İlham Əliyevin çıxışı planlaşdırılır. Forumda Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığı, 2006-ci ildə onların birgə forumunun keçirilməsi məsələləri də müzakirə olunacaq. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci il noyabrın 9-da